"Kəpəz" hazırlıqlara başladı

15:46 4 İyul 2017

“Kəpəz” Premyer Liqada qarşıdakı mövsümün hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər” Bakıda məşqlərə başlayıb.

 

Paytaxtdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. Bu oyun saat 17:00-da "Bakı"nın bazasında başlayacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti