"İnter" bütün biletləri eyni qiymətə satır

17:33 4 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter” – "Mladost” (Serbiya) oyunu üçün bilet satışına başlanılıb.

 

Sportarena.az xəbər verir ki, biletləri saat 09.00-dan 18.00-dək "İnter Arena” və "Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə etmək olar. Paytaxt klubu bilet satışı üçün vahid qiymət tətbiq edib - 2 manat.

 

Qeyd edək ki,  iyulun 6-da "Dalğa Arena”da keçiriləcək cavab qarşılaşması saat 21:00-da başlayacaq.


Xəbər xətti