Millimizin futbolçusu klubundan ayrıldı - Borca görə

18:14 4 İyul 2017

Milli komandamızın futbolçusu Pavel Paşayev Ukrayna “Stal”ı ilə müqaviləni ləğv edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sport-ekspress Ukrayna” qəzeti məlumat yayıb. Buna klubun futbolçuya olan borcunu ödəməməsi səbəb olub. Paşayevlə yanaşı daha bir neçə oyunçu da komandanı tərk edib.

 

Müqavilə qarşılıqlı şəkildə ləğv edilib və Paşayev azad agent statusu qazanıb. Onun karyerasını Azərbaycanda - daha doğrusu "Neftçi"də davam etdirəcəyi ehtimal olunur.

 

Qeyd edək ki, maliyyə böhranı içində olan “Stal”ı yeni mövsümdən Ukrayna Premyer Liqasına buraxılmayacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti