"Qarabağ"ın yeni transferi "Lex"dən göz yaşları ilə ayrıldı - VİDEO

18:41 4 İyul 2017

“Qarabağ”la müqavilə imzalayacaq Yakub Rzezniçak 13 il şərəfini qoruduğu “Legia”nı tərk edib.

 

Sportarena.az xəbər verir ki, o, azarkeşlər və komanda yoldaşları ilə vidalaşıb. Rzezniçak klubun televiziyasına açıqlaması zamanı göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, 30 yaşlı mərkəz müdafiəçisinin bu həftə Bakıya gələrək “Qarabağ”la 2 illik müqavilə bağlayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti