“Qəbələ”nin daha bir rəqibi müəyyənləşdi

21:17 4 İyul 2017

“Qəbələ”nin Avstriya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha bir komandanın adı məlum olub.

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq. Bu barədə xəbəri Erediviziya təmsilçisinin saytı yayıb.

Qeyd edək ki, Roman Qriqorçukun komandası hazırlıqların ikinci mərhələsində Avstriyanın “Qrodiq” komandasına 7:0 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə bu gün Kiyev “Dinamo”su ilə olacaq.


Xəbər xətti