"Kəpəz"də 3 yeni futbolçu

12:53 5 İyul 2017

“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər heyətinin etimadını qazanıb. Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə də onlar qarşıdakı mövsüm üçün əsas komandanın tam hüquqlu üzvü olacaqlar.

 

Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.


Digər xəbərlər

Xəbər xətti