Kiyev "Dinamo"sunun baş məşqçisi "Qəbələ" ilə oyundan danışdı - AÇIQLAMA

13:41 5 İyul 2017

Kiyev "Dinamo"sunun baş məşqçisi Aleksandr Xaçkeviç "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, bunları dilə gətirib:

 

"Hava şəraitini nəzərə alsaq, yaxşı oynadıq. Hərəkətlilik baxımından komandamız yaxşı idi. Baxmayaraq ki, oyundan əvvəl 2 məşq və ciddi yükləmələr olmuşdu. Qələbə həmişə müsbət hesab edilir, amma belə oyunlarda qalib gəlmək bir o qədər də vacib amil deyil. Futbolçulara öz oyunumuzu göstərməli olduğumuzu demişdim".


Xəbər xətti