“Neftçi” - “Kəpəz” matçının vaxtı dəyişdirildi

14:15 5 İyul 2017

Xəbər verdiyimiz kimi, “Kəpəz” Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununa çıxacaq. Öncədən verilən məlumatda “sarı-göylər”in iyulun 8-də saat 17:00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilmişdi.

 

Sportarena.az xəbər verir ki, hər iki oyunun vaxtı ilə bağlı dəyişiklik edilib. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə, amma saat 18:00-da başlayacaq.

 

“Neftçi” ilə matç isə bir gün əvvələ keçirilib. Beləliklə, “Neftçi” - “Kəpəz” görüşü iyulun 11-nə, saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq.


Xəbər xətti