"Bizdə komanda yoxdu" - Qriqorçuk - AÇIQLAMA

14:46 5 İyul 2017

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Kiyev “Dinamo”su ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı “Dinamo”nun mətbuat xidmətinə açıqlama verib. Ukraynalı mütəxəssis bunları deyib:

 

“Bu matçın olmasına görə şadam. Bizim üçün “Dinamo” böyük avtoritetdi, ona həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə komandayla oynaya bildik. Belə götürəndə, bizdə yeni komandadı. Futbolçuları yığdıq, komandaya dəvət etdik. Onların imkanlarını hələ tam bilmirik. Bu matçda meydanda elə çox şey vardı ki, onları təhlil etmək çətindi: nizamsızlıq... Danışmaq istəmirəm. İndi başa düşürük ki, bizdə komanda yoxdu, onu yaratmaq üçün isə çox az vaxtımız var".

 

Qriqorçuk Ukrayna klubunun gəncləri haqda da fikrini bildirib:

 

"Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensial görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdi. Bütün futbolçular sürətlidi və futbol intellektinə malikdi. Mən böyük potensial görürəm. Düşünmürəm ki, "Dinamo"dan kimsə bizə keçə bilər, mən bunu heç yaxına buraxmıram. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz buna şad olardıq. "Dinamo"nun istənilən futbolçusu bizə kömək edərdi”.


Digər xəbərlər

Xəbər xətti