“Neftçi” ECA-nın tamhüquqlu üzvü oldu

15:40 5 İyul 2017

“Neftçi” Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, “Ağ-qaralar” ECA-nın tamhüquqlu üzvü statusuna yiyələnib.
 
Bu isə o deməkdi ki, növbəti iki il ərzində assosiasiyanın baş assambleyası çərçivəsində keçiriləcək seçkilərdə "Neftçi” səs hüququna malik olacaq.


Xəbər xətti