Millimiz Maltaya uduzdu

18:52 5 İyul 2017

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, millimiz Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində ilk matçına çıxıb. Komandamız ilk qarşılaşmada Malta ilə görüşüb. Sonuncular bu matçda 2:1 hesablı qələbə qazanıb. Oyunda ilk qolu futbolçularımız vursa da, üstünlüyünü qoruya bilməyib.
 
İlk turun digər matçında Finlandiya Estoniyadan güclü olub – 6:0.
 
Qeyd edək ki, millimiz turnirdəki növbəti matçını meydan sahiblərinə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti