"Kəpəz"də yeni kapitan

19:38 5 İyul 2017

“Kəpəz”in yeni kapitanı bəlli olub.

Sportarena.az xəbər verir ki,  kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.

Ötən mövsümdə komandanın vitse-kapitanı olan yarımmüdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Rəhimov  Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.

“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.


Xəbər xətti