"Real" ilk transferini reallaşdırdı

22:42 5 İyul 2017

"Real" yeni mövsüm üçün ilk transferini edib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi "Atletiko"nun müdafiəçisi Teo Hernandesi heyətinə cəlb edib. Fransalı oyunçu ilə 6 illik müqavilə imzalanıb. İspaniya mətbuatı bu transfer üçün "Real"ın 26 milyon avro təzminat ödədiyini yazıb.

 

Qeyd edək ki, T.Hernandes ötən mövsüm icarə əsasında "Alaves"də oynayıb.


Digər xəbərlər

Xəbər xətti