"İnter" növbəti mərhələdə - YENİLƏNİB

22:52 6 İyul 2017

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, bu mərhələdəki təmsilçilərimizdən "İnter" Serbiyanın "Mladost" klubunu qəbul edcək. İlk oyunda səfərdə 3:0 hesabıyla qalib gələn Zaur Svanadzenin yetirmələri növbəti mərhələnin bir addımlığındadı. "İnter" bu oyundan qələbəylə ayrılmaqla, Azərbaycanın klub reytinqinə növbəti xalları yaza bilər

.

Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək oyun saat 21:00-da start götürəcək.  

 

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunu

6 iyul
21:00 İnter - Mladost (Serbiya) 2:0 (İlk oyun 3:0)

Qol: Denis Silva, 23. Nizami Hacıyev, 74.
Hakimlər: Nikolay Balakin, Vladimir Volodin, Aleksandr Korniyko, Anatoli Jabçenko (hamısı Ukrayna)
Bakı. “Dalğa Arena” stadionu

 


Digər xəbərlər

Xəbər xətti