Millimiz 4 pillə gerilədi - Reytinq sıralamasında

13:00 6 İyul 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib. Komandamız hazırda 427 xalla 80-ci pillədə qərarlaşıb.


Robert Prosineçkinin yetirmələri ötən ay DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya Bakıda 0:1 hesabı ilə uduzduğu üçün bu, reytinqdəki mövqeyimizə də təsir edib.


Digər xəbərlər

Xəbər xətti