"Qarabağ"ın yeni transferi Zəhranın ölümünə biganə qala bilmədi - FOTO

14:22 6 İyul 2017

"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye cəbhədə Azərbaycanın mülki vətəndaşlarının qətlinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, srağagün Füzulinin Alxanlı kəndində Ermənistan ordusunun atəşi nəticəsində həlak olan 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə aid paylaşım edib.

 

Qeyd edək ki, hazırda Bakıda olan Geryenin bu gün "Qarabağ"la müqavilə imzalayacağı gözlənilir.

 


Xəbər xətti