"Nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm” - “Neftçi”nin yeni transferi

14:45 6 İyul 2017

"Neftçi"nin yeni transferi Məhəmməd Mirzəbəyov klubun rəsmi kanalına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü olan 26 yaşlı müdafiəçi bunları deyib:
 

"Əlbəttə, ilk növbədə, böyük tarixə malik klubun mənimlə maraqlanması çox xoş oldu. Həm də "Neftçi”nin hazırkı vəziyyətini görəndə, komandanın maksimum uğur qazanması üçün kömək etmək istədim. Ona görə ki, "Neftçi”nin həmişə yaxşı komanda olduğunu, yüksək yerlər tutduğunu bilirik. Ümid edirəm ki, bu mövsüm özümüzü yaxşı tərəfdən göstərəcəyik. Burdakı uşaqların çoxunu tanıyıram. Bəziləri ilə "Qəbələ”də, bəziləri ilə "Sumqayıt”da oynamışam. Ruslan Abışovla birgə "Qəbələ”də çıxış etmişəm. O, çox yaxşı futbolçu, çox yaxşı insandı. Sözləri, əməlləri ilə həmişə dəstək olur, kömək edir. Komandada sənə dəstək olan, məsləhət verə bilən adamların olması yaxşıdı.

 

Kollektivə gəlincə, uşaqlar çox sadədirlər. Ən vacibi budu ki, heç kim özünü ulduz kimi aparmır, hamı sadəcə olaraq, öz işini görür. Buna görə də hamı üçün asandı. İlk növbədə, öz bacarığımı maksimum səviyyədə göstərmək istəyirəm. Hamının - azarkeşlərin, klub rəhbərliyinin, məşqçilər heyətinin, doğmalarımın ümidlərini doğrultmaq, bacardığımın ən yaxşısını ortaya qoymaq, maksimum nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

 


Digər xəbərlər

Xəbər xətti