Kasilyas "Portu"da qaldı

15:13 6 İyul 2017

"Portu" klubu İker Kasilyasla müqaviləni  artırıb. 
 

Sportarena.az xəbər verir ki, 36 yaşlı qapıçı daha 1 il Portuqaliya təmsilçisində çıxış edəcək. İspaniya millisinin sabiq qapıçısı bu barədə şəxsi tivitter hesabında paylaşım edib. Daha əvvəl təcrübəli qolkiperin “Liverpul”a keçəcəyi iddia edilirdi.


Qeyd edək ki, Kasilyas 2015-ci ildə "Real"dan "Portu"ya keçib.


Xəbər xətti