"Sanki uzun müddətdir buradayam" - "Qarabağ"ın yeni transferi

18:50 6 İyul 2017

"Qarabağ"ın yeni transferi Vild-Donald Gerye klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, bunları deyib:

 

“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir. Sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır. Bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.
 


Digər xəbərlər

Xəbər xətti