"Qəbələ"nin Avropa Liqasında rəqibi məlum oldu

11:32 7 İyul 2017

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibinin adı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, ilk təsnifat mərhələsində Batumi “Dinamo”nunu mübarizədən kənarlaşdıran Polşanın “Yagelloniya” klubu Roman Qriqorçukun komandasına rəqib olub. Səfərdə keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan polşalılar cavab matçında rəqibini 4 cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, ikinci mərhələnin oyunları iyulun 11-12-si (ilk matçlar) və iyulun 18-19-da (cavab matçlar) keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti