"Neftçi"də prezident postu bərpa edildi

12:25 7 İyul 2017

“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

 

Sportarena.az xəbər verir ki, təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib.

 

“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

 

Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.


Xəbər xətti