FİFA-dan sərt cəza

14:36 7 İyul 2017

FİFA Sudan Futbol Assosiasiyasını (SFA) diskvalifikasiya edib.

 

Sportarena.az xəbər verir ki, dünyanın ali futbol qurumunun yaydığı məlumatda, SFA-nın cəzalandırılmasına səbəb kimi Sudan hökumətinin yerli federasiyanın işlərinə qarışması göstərilib. Belə ki, bu ilin aprel ayında Abdel Raxman Sir al-Xatim SFA-ya yeni prezident seçilib. O, bu postda FİFA tərəfindən tanınmış Mutasim Qafar Sir al-Xatimi əvəz edib. Dünyanın ali futbol qurumu 2017-ci ilin sonuna kimi federasiyada prezident seçkilərinin keçirlməməli olduğuyla bağlı SFA-nı xəbərdar etsə də, sudanlılar bu xəbərdarlığa məhəl qoymayıblar.

 

FİFA-nın qərarına əsasən, Sudanı təmsil edən bütün komandalar bu qurumun bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.


Xəbər xətti