"İnter"yeni, "Qəbələ" ənənəvi saatda oynayacaq

14:55 7 İyul 2017

Avropa Liqasında çıxış edən "İnter"lə "Qəbələ"nin 2-ci təsnifat mərhələsində ilk oyunlarının başlama saatı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iyulun 12-də “Dalğa Arena”da keçiriləcək "İnter" - "Fola" (Lüksemburq) qarşılaşmasısaat 20:00-da başlayacaq.

İyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” - “Yagelloniya” matçı isə saat 21:00-da start götürəcək.

Avropa Liqasındakı digər təmsilçimiz "Zirə" ilk oyununu iyulun 13-də Rumıniyada "Astra"ya qarşı keçirəcək. Həmin oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti