"Qarabağ" - "Samtredia": biletlər satışda

15:19 7 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasının biletləri satışa çıxıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

 

Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-i saat 21:00-da start götürəcək.

 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

 

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN

 


Digər xəbərlər

Xəbər xətti