Millimizin futbolçusu "Qarabağ"la müqavilə imzaladı

16:14 7 İyul 2017

U-21 millimizin üzvü Dmitri Nağıyev özünə yeni komanda tapıb.

 

Sportarena.az xəbər verir ki, gənc futbolçu karyerasını Avstriyada davam etdirəcək. Nağıyev III liqada mübarizə apran “Qarabağ” klubu ilə müqavilə bağlayıb. Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqeyində oynayan futbolçu azərbaycanlılar tərəfindən yaradılan klubla 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Nağıyevin son klubu “Dnepr” olub. "Dnepr" son mövsümdə Ukrayna Premyer Liqasını tərk edib.


Digər xəbərlər

Xəbər xətti