Futbolçumuzun "Manisaspor"a keçidi baş tutmadı - Ukrayna klubunun düşərgəsinə yollandı

17:58 7 İyul 2017

"Səbail"dən ayrılan Ruslan Tağızadənin Türkiyə I Liqasında mübarizə aparan "Manisaspor"a keçidi baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sportinfo.az-a23 yaşlı müdafiəçinin özü məlumat verib:


"Manisaspor"a keçidim baş tutmadı. Baş məşqçi Sait Qarafırtınalar bildirdi ki, bizdə legioner limiti aşır və sən də bizə qoşulsan, əcnəbilərin sayı çox olacaq. Əvvəllər azərbaycanlı oyunçular legioner sayılmırdı. İndi isə bu, belə deyil. Legioner hesab edildiyim üçün "Manisaspor"a keçə bilmədim, çünki komandada legioner oyunçu limiti dolub".

 

Tağızadə Ukraynaya yollandığını sözlərinə əlavə edib. O, Donetskdə, “Olimpik”in düşərgəsində olduğunu və yerli Premyer Liqa təmsilçisi ilə müqavilə imzalaya biləcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti