"Neftçi"ni Avstriya klubuna dəyişir - AÇIQLAMA

18:45 7 İyul 2017

“Neftçi” ilə müqaviləsi başa çatan Elvin Bədəlov klubla yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən  22 yaşlı müdafiəçi karyerasını ölkə xaricində davam etdirəcəyini söyləyib:


“Məzuniyyətdən qayıdandan sonra klub rəhbərliyi yeni müqavilə təklif etdi. Buna görə onlara minnətdaram. Amma pararlel olaraq, daha doğrusu, "Neftçi” ilə müqaviləm başa çatandan sonra menecerim mənə yeni klub axtarırdı. Yerli klublardan, eləcə də Avstriyadan təkliflər var idi, amma mən ölkə xaricində oynamaq qərarına gəldim. Klub rəhbərliyi ilə danışdım, şərtlər məni qane etdi və razılıq verdim. Legioner həyatı yaşamaq mənim üçün yeni təcrübə olacaq. "Neftçi”yə minnətdaram, bu komandada 3 il oynadım. Bu mənim üçün böyük şərəf, böyük təcrübə oldu. Çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər birindən nələrsə öyrəndim. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana qayıdıb, yenidən "Neftçi”də oynayacağam”.


Xəbər xətti