MY 75 milyona hücumçu transfer etdi - RƏSMİ

11:50 8 İyul 2017

"Mançester Yunayted" "Everton"un futbolçusu Romelu Lukakunu transfer edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın saytı məlum yayıb. İki klub arasında razılıq əldə olunub. 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. İngiltərə mətbuatı bu transfer üçün MY-nın 75 milyon funt sterlinq ödəyəcəyini yazıb.

 

Qeyd edək ki, 2014-cü ildən "Everton"un şərəfini qoruyan R.Lukaku indiyə kimi 171 matçda 87 qol vurub.


Digər xəbərlər

Xəbər xətti