"Qarabağ" - "Samtredia" matçına nə qədər bilet satılıb?

12:21 8 İyul 2017

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi artıq Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında biletlər satışa çıxarılıb. Satışın ilk günündə 2500 bilet satılıb. Bilet satışı isə hər gün saat 10:00-dan etibarən davam edir.

 

Qeyd edək ki, "Qarabağ" - "Samtredia" görüşü 11 iyul tarixində saat 21:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti