Buffonla rəqabət apara bilmədi, "Valensiya"ya keçdi

13:36 8 İyul 2017

İtaliya çempionu "Yuventus"un qapıçısı Norberto Murara (Neto) İspaniyanın "Valensiya" klubuna transfer olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Canluici Buffonun kölgəsində qalan 28 yaşlı braziliyalı qolkiperlə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb. Netonu bu müddət ərzində "Valensiya"dan transfer etmək istəyən klub 80 milyon avrosundan keçməlidi. La Liqa təmsilçisi özü isə braziliyalıya görə Turin klubuna 7 milyon avro ödəyib.

Braziliyanın "Atletiko Paranaense" klubunun yetirməsi olan qolkiper peşəkar karyerasına 2009-cu ildə məhz doğma komandasında başlayıb. 2011-ci ildə İtaliyanın "Fiorentina" klubu onu Avropaya tanıdıb. Bu komandadakı uğurlu çıxış futbolçunun 2015-ci ildə "Yuventus"a transfer olunmasına rəvac verib. Lakin bu illər ərzində o, Turin təmsilçisində cəmi 11 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti