22 yaşında karyerasını başa vurmağa məcbur oldu

14:24 8 İyul 2017

Belçika millisinin və “Gent”in yarımmüdafiəçisi Tomas Foket karyerasını müvəqqəti olaraq başa vurub.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu razılığa gəldiyi “Atalanta” klubu üçün tibbi müayinədən keçərkən problem yaşayıb. Gənc oyunçunun ürəyində problem aşkarlanıb.

 

Həkimlər futbolçuya idmanla məşğul olmağı qadağan ediblər. Foketl 6 ay futboldan kənarda qalacaq. İlin sonunda növbəti dəfə müayinədən keçəcək və futbolçunun durumuna aydınlıq gələcək. 


Digər xəbərlər

Xəbər xətti