Eddi "Kadis"ə lazım olmadı

15:49 8 İyul 2017

Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovun İspaniyanın "Kadiz" klubundakı gələcək taleyi müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu baş məşqçi Alvaro Serveranın gələcək mövsüm üçün palnlarına daxil deyil. "Noticiascadistas"ın yaydığıl xəbərə görə, 3 futbolçunun komandanı təkr edəcəyi dəqiləşib ki, onların arasında Eddinin də adı var. 

 

Belə ki, qapıçı Xesus Fernandes klub rəhbərliyi ilə görüşüb və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəyib. Rəhbərlik "çərçivə qoruyucusu"nun gedişinə razılıq verib. Eddi ilə Niko Hidalqoya isə yeni klub tapmaq məsləhət görülüb. 

 

Qeyd edək ki, Eddi İsrafilov ötən ilin yayında "Real Mursiya"dan "Kadiz"ə keçib. 24 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi gələn mövsümün sonunda başa çatır. 


Xəbər xətti