Dəniz Yılmaz "Bursaspor"dan ayrılır - "Yaxşı futbolçudu, ancaq" - AÇIQLAMA

16:11 8 İyul 2017

Türkiyə Super Liqa təmsilçisi “Bursaspor”un baş məşqçisi Pol Le Quen millimizin üzvü Dəniz Yılmazın komandadakı gələcək taleyindən danışıb.

 

Sportaren.az xəbər verir ki, fransalı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında hücumçuyla danışdığını, ancaq onunla klub rəhbərliyi arasında olan mübahisənin həll edilməsinin mümkünsüz olduğunu deyib:

 

“Ötən mövsümdə “Bursaspor”un heyətində Dəniz Yılmaz adlı oyunçu var idi. Onun xidmətindən istifadə edə biləcəyimi düşünürdüm. Vəziyyəti öyrəndikdən sonra onunla danışmaq qərarına gəldim. Fikirləşdim ki, hazırkı vəziyyəti dəyişə bilərəm. Hər iki tərəf də travma yaşayıb. Hər şeyi unutmaq çətindi. Bundan əlavə, ortada israf məsələsi də var. Yaxşı futbolçudu. Ancaq həyat belədi. Vəziyyəti dəyişmək istədim, amma hər iki tərəfdə yaranmış travmalara görə bunun mümkünsüz olduğunu gördüm”.

 

Bir müddət öncə Bursa təmsilçisinin prezidenti Ali Ay da Yılmazdan danışmışdı. O, komandanın yeni baş məşqçisi Le Quenlə hücumçuyla bağlı danışacağını demişdi. Baş məşqçinin son açıqlamasından sonra millimizin üzvünün “Bursaspor”da qalmayacağı dəqiqləşmiş oldu.

 

Türkiyə Super Liqasına bu il vəsiqə qazanmış “Göztəpə”nin Dənizin xidmətində maraqlı olduğu deyilir.

 

Xatırladaq ki, 29 yaşlı oyunçu son mövsümün gedişində intizamsızlığa görə "Bursaspor"un heyətindən kənarlaşdırılmışdı.


Xəbər xətti