Yeni transfer "Qəbələ"yə qələbə qazandırdı

21:07 8 İyul 2017

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün toplanış çərçivəsində son yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Hollandiya Erediviziya təmsilçisi “Utrext”lə qarşılaşıb. Matç Roman Qriqorçukun yetirmələrinin minimal hesablı qələbəsiylə nəticələnib. Oyunda yeganə qolu "Qəbələ"nin yeni transferi Famussa Kone vurub. 

 

Bu, “Qəbələ”nin Avstriyada 8-ci yoxlama oyunu idi. Roman Qriqorçukun yetirmələri buna qədər “Fulpmes” (Avstriya, 8:0) və “Qrodiq” (Avstriya, 7:0) üzərində böyük hesablı qələbə qazanmışdısa, “Axmat” (Rusiya, 0:1), “Vakker” (Avstriya, 0:1), MOİK (Bolqarıstan, 0:2), “Ludoqorets” (Bolqarıstan, 0:2) və “Dinamo”ya (Ukrayna, 1:2) uduzmuşdu. 

 

Yoxlama oyunu

8 iyul

Qəbələ - Utrext (Hollandiya) 1:0

Qol: Kone, 64. 

Qəbələ: Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov, Kone.


Xəbər xətti