"Qarabağ" Suraxanıda, gürcülər Respublika stadionunda

22:38 8 İyul 2017

 

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Konfrans iyulun 10-da, "Azərsun Arena"nın mətbuat zalında keçiriləcək. "Köhlən atlar"ın son məşqi isə saat 19:00-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. 

 

”Samtredia”nın baş məşqçisi Gia Tsetsadze isə həmin gün saat 20:30-da, Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti