MY-nin yeni kapitanı o olacaq

12:39 9 İyul 2017

“Mançester Yunayted”in kapitanı Ueyn Runinin komandanı tərk edəcəyi gözlənilir. Runi sabiq klubu “Evertona” qayıtmağa çox yaxındır.

 

Sportarena.az xəbər verir ki, Runinin gedişindən sonra MY-nin kaptanının kim olacağına aydınlıq gəlib. “Qırmızı şeytanlar”ın kapitan sarğısını Maykl Kerrik daşıyacaq. Vitse-kapitan isə Ander Errera olacaq.

 

Qeyd edək ki, Kerrik “Mançester Yunayted”in şərəfini 2006-cı ildən qoruyur. O, MY-də keçirdiyi 314 oyunda 17 qol vurub.


Digər xəbərlər

Xəbər xətti