"Zirə"nin rəqibindən 8 qollu qələbə

15:44 9 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Rumıniyanın "Astra" klubu Azərbaycan təmsilçisi ilə matç öncəsi sonuncu yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Eduard Yordaneskunun baş məşqçisi olduğu komanda bu ölkənin digər klubu "Metalul Snaqov"la qarşılaşıb. "Zirə"nin rəqibi bu görüşdə 8 cavabsız qola sevinib - 8:0. "Astra"nın heyətində Valentin George və Silviu Balaure dubla imza atıb. Aleksandru İonita (penaltidən), Boqdan Kipirlyu, Aleksandru Dandya və Antoni Le Tallek hərəyə bir dəfə fərqlənib.

 

Qeyd edək ki, "Astra" ilə "Zirə" arasındakı ilk oyun iyulun 13-də Curcuda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti