Sportarena.az
23 Noyabr 2017

"Şüvəlan" darmadağınla qalib gəldi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Divizionda yeni mövsümə hazırlaşan “Şüvəlan” ilk yoxlama görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, "AZAL Arena"da keçirilən oyunda meydan sahiblərinin rəqibi “Zirə”nin əvəzeidicilərdən ibarət komandası olub. Görüş “Şüvəlan”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Haqverdi Həsənov, Şahin Əliyev, Elvin Həsənəliyev, Vəzir Musayev və Mətin Əbilsoy imza atıb.

“Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev klubun rəsmi səhifəsinə oyunla bağlı fikirlərini bildirib:

“Komanda hələ hazır deyil, çatışmazlıqlar çoxdu. Amma bu, normaldı. Çünki cəmi 5 gündü ki, yığışmışıq. İlk 25 dəqiqədə daha çox müqavilə bağladığımız futbolçulara güvəndik. Daha sonra isə baxışda olanları sınadım. Onlardan bəzilərini geri göndərdim. Yaxın günlərdə daha bir neçə fubolçunu heyətimizə qatmağı planlaşdırırıq. Çempionata yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”.

Qeyd edək ki, “Şüvəlan” iyulun 13-də “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək.

Tarix
09.07.17 [17:24]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Noyabr
22 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio