İsrailli hakimlər "İnter" - "Fola" oyununda

10:14 10 İyul 2017

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "İnter" (Azərbaycan) - "Fola" (Lüksemburq) ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüşün baş hakimi İsrail Futbol Federasiyasından Eytan Şmuleviç olacaq. Ona Nisan Davidi və Saqi Mazamber köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar - Natan yerinə yetirəcək.

 

Qeyd edək ki, "İnter" - "Fola" oyunu iyunun 12-i, saat 20:00-da başlayacaq.


Xəbər xətti