"Səbail"in ilk legioneri - RƏSMİ

10:33 10 İyul 2017

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

Sportarena.az xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək. 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Gil Visente"də keçirib.

Dünən Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.


Digər xəbərlər

Xəbər xətti