Runi "Everton"da

11:09 10 İyul 2017

“Everton” Ueyn Runinin transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, mersisaydlılar son illərini “Mançester Yunayted”də keçirən futbolçu ilə iki illik müqavilə imzalayıblar. Bununla da, “Mançester Yunayted”lə müqaviləsi 2019-cu ildə sona çatmalı olan Runi yetirməsi olduğu “Everton”a qayıdıb.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu 2004-cü ildə məhz yetirməsi olduğu "Everton"dan MY-ə transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti