“İnter” - “Fola” matçının biletləri satışda

14:36 10 İyul 2017

 

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “İnter” Bakıda “Fola”nı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu gün günorta saatlarında Lüksemburq təmsilçisiylə oyunun biletləri satışa çıxarılacaq. Biletlər “İnter Arena” və “Dalğa Arena”da satılacaq. Biletlərin qiymətləri bütün sektorlar üzrə 2 AZN olacaq.


Qeyd edək ki, “İnter” - “Fola” qarşılaşması iyulun 12-də, saat 20:00-da “Dalğa Arena”da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti