Muarem Qazaxıstanda debüt etdi - Matçın ən yaxşısı seçildi

15:14 10 İyul 2017

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem Qazaxıstan Premyer Liqasında debüt oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, 20-ci turda makedoniyalı futbolçunun yeni komandası “Aktobe” “Okjetpes”lə qarşılaşıb. 3:0 hesabı ilə yekunlaşan bu matçda Muarem 2 qolun ötürməsini verib. O, yekunda görüşün ən yaxşı futbolçusu seçilib. Əsas heyətdə meydana çıxan keçmiş “Qarabağ”lı 90+2-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bu görüşdə “Okjetpes”in qapısını “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç qoruyub.


Digər xəbərlər

Xəbər xətti