Gürcü jurnalist Qurban Qurbanova çaxır hədiyyə etdi - FOTO

20:02 10 İyul 2017

Sabah "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, oyundan öncə "Azərsun Arena"da təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Tədbir maraqlı hadisə ilə yadda qalıb.

 

Belə ki, Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu əvvəlcə Azərbaycan dilində salamlayıb və hədiyyə təqdim edib. O, çalışdırıcıya qələm, gürcü çaxırı və qədəh verib. 
Qurbanov isə öz növbəsində hədiyyəyə görə təşəkkür edərək, içki içmədiyini bildirib.

 


Digər xəbərlər

Xəbər xətti