"Qarabağ"dan inamlı qələbə - YENİLƏNİB

22:55 11 İyul 2017

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin bir nömrəli klub turnirində mübarizəyə qoşulub. Ardıcıl 4-cü dəfədir ölkəmizi ÇL-də təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Təmsilçimiz rəqibini meydana çıxmağa peşman edib.
 

Çempionlar Liqası: II təsnifat mərhələsiniin ilk oyunu
11 iyul
21:00 Qarabağ - Samtredia (Gürcüstan) 5:0

Qollar: Əfran İsmayılov, 10-p. Dino Ndlovu, 35; 45-p. Donal Girrier, 82. Miçel, 90.
Hakimlər: Mete Kalkavan, Esat Sancaktar, Erdem Bayik, Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Xəbər xətti