Svanadze: "Təhlükə var" - MÜSAHİBƏ

18:48 11 İyul 2017

"Fola" ilə oyundan öncə "İnter"in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib.
 
Sportarena.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
 
Bildiyiniz kimi Lüksembur komandası ilə görüşəcəyik. Ciddi rəqib kimi qiymətləndiririk. Yaxşı hazırlaşmalıyıq. Ümid edirəm ki, futbolçular rahatlanmayacaq. Zədəli yoxdu. Fikrimcə, sabah futbolçular durumu yüksək qiymətləndirəcək.
 
- Artıq Lüksemburqun bir komandasını "Zirə" məğlub edib. Müqayisə edəndə "Fola" necə görünür?
- "Fola"nın oyunlarına baxmışıq. Cinah hücumçular kifayət qədər yaxşı təsir bağışlayır. Ümumiyyətlə komanda çox hərəkətlidi. Diqqətli olmalı, yaxşı oyun göstərməliyik. Sübut etməliyik ki, meydanın sahibi kimdi. Onların heyətində 5-6 legioner var. Bu da komandanın səviyyəsindən xəbər verir.
 
- Komandanın arxayınlaşması ilə bağlı problem yoxdu?
- Ehtiyatlanıram və təhlükə var. Futbolçular dərk etməlidilər ki, hər şey öz əllərindədi. Bilirlər ki, müsbət nəticə qazanmaq üçün yaxşı çıxış etməlidilər.
 
- "İnter Arena" ilə bağlı situasiya futbolçulara necə təsir edir?
- 3 ildi belə problemlər var. Amma futbolçular alışıblar. Düşünürəm ki, bu onlara o qədər də təsir etməz.
 
- İlk oyunda 23 nəfər vardı bəs ikinci oyun niyə 18 nəfərə endi say?
- 23 nəfərdi. Amma "A" listində 18 nəfərdi say. "B" listində isə 5 futbolçu var.
 
- Qalib heyəti dəyişməmək prinsipinə sadiq qalacaqsız yoxsa, hansısa futbolçular var ki, sizi qane etməyib?
- Komanda yaxşı oynayırsa dəyişməyə ehtiyac yoxdu. Kimsə xəstələnməsə və ya zədə almasa dəyişiklik gözlənilmir.


Digər xəbərlər

Xəbər xətti