"İnter" qalib gəldi - YENİLƏNİB

21:53 12 İyul 2017

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin 2-ci təsnifat mərhələsinin ilk oyun günündə yalnız bir matç baş tutacaq. Avroliqadakı təmsilçilərimizdən “İnter” “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edəcək.

 

1-ci təsnifat mərhələsində Serbiya “Mladost”unu məğlub edən (3:0, 2:0) Zaur Svanadzenin yetirmələri lüksemburqluları da mübarizədən kənarlaşdırmağı planlaşdırır. İlk mərhələdə Moldovanın “Milsami” klubunu üstələyən (2:1, 1:1) “Fola” isə Bakıdan sərfəli hesabla qayıtmaq arzusundadı.

 

 

Avropa Liqası: 2-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00 İnter - Fola (Lüksemburq) 1:0 Qol: Mirhüseyn Seyidov, 89.

Hakimlər: Eytan Şmuelevits, Saqi Metzamber, Nissan Davidi, Daniel Bar Natan (hamısı İsrail) 

Bakı. “Dalğa Arena” stadionu


Xəbər xətti