"Qarabağ" fan-şop açır

14:11 12 İyul 2017

"Qarabağ" klubunun yaxın zamanda fan-şopu fəaliyyətə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza məlumat verib. Mağazada “Qarabağ”ın formaları və atributlar satılacaq.

 

Fan-şop "Park Bulvar" ticarət mərkəzində fəaliyyət göstərəcək. Bu barədə daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə veriləcək.


Digər xəbərlər

Xəbər xətti