Donnaruma "Milan"dan ayrılmayacaq - RƏSMİ

15:47 12 İyul 2017

Canluici Donnarumma “Milan”la müqaviləsini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı qolkiperlə 2021-ci ilə qədər müqavilə imzalanıb. Gənc qolkiperin illik məvacibi 6 milyon avro olacaq. Onu heyətinə qatmaq istəyən klub isə ən azı 70 milyon avro təzminat ödəməli olacaq.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü olan gənc qolkiper "Milan"ın yetirməsidir.


Digər xəbərlər

Xəbər xətti