"Yuventus" "Bavariya"nın futbolçusunu icarəyə götürdü

17:48 12 İyul 2017

İtaliya A seriyasının son çempionu “Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə cəlb edib. “Qoca sinyora” braziliyalı yarımmüdafiəçini icarəyə götürüb. Müqaviləyə əsasən, italyanlar icarə müddətinin sonunda 26 yaşlı futbolçunun xidmətindən razı qalacağı təqdirdə, onu transfer etmək hüququna sahib olacaqlar. Bu barədə məlumatı “Yuventus”un saytı yayıb.

 

Xatırladaq ki, “Bavariya”ya 2015-ci ildə “Şaxtyor”dan transfer olunan Kosta, Karlo Ançelottinin Münhen klubunun “sükanı arxasına” keçməsindən sonra az şans qazanırdı.


Xəbər xətti